© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İlham Əliyev milli bayram münasibətilə Nepalın Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti xanım Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilir.

Dövlətimizin başçısı Nepalın Prezidentinə ən xoş arzularını yetirib, dost Nepal xalqına daim rifah və əmin-amanlıq arzulayıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR