© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İran prezidentinin olduğu helikopter qəzaya uğrayıb

İran prezidenti İbrahim Rəisinin karvanında olan helikopterlərdən biri bu gün Xudəfərindəki açılışdan sonra geri dönərkən qəzaya uğrayıb.

Reyting.az
 xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, bu gün Azərbaycanla sərhəddə hidroqovşağın açılışından geri qayıdan Rəisinin olduğu helikopter dumanlı və küləkli hava şəraitinə görə yerə qəzalı eniş edib.

Dövlət televiziyası Rəisini daşıyan helikopterin sərt eniş etdiyini və qəza yerinə ilk tibbi yardım qruplarının göndərildiyini bildirib.

"Fars" Xəbər Agentliyi isə bildirib ki, prezident İbrahim Rəisi salamatdır və o, quru yolu ilə Təbrizə gedib.

İranın Şərqi Azərbaycan Valiliyi prezident Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı mümkün ölən və yaralananlar barədə hələlik məlumat verə bilməyəcəyini deyib.

***

İranın daxili işlər naziri Əhməd Vahidi bildirib ki, prezident İbrahim Rəisini daşıyan helikopter pis hava şəraiti səbəbindən çətin eniş etmək məcburiyyətində qalıb.

Reyting.az 
xarici mətbuata istinadla xəbər verir ki, o, xilasetmə qruplarının hələlik bölgəyə çata bilmədiyini də sözlərinə əlavə edib.

Vahidi bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə sərhədində bəndin açılışında iştirak edən prezident Rəisinin helikopter karvanı geri dönərkən pis hava şəraiti səbəbindən qəzaya uğrayıb:"Prezidenti daşıyan helikopter pis hava şəraiti səbəbindən çətin eniş etməli olub. Xilasetmə qrupları bölgəyə göndərilib, lakin bölgənin dumanlı və əlverişsiz təbiəti səbəbindən helikopterə çatmaq üçün vaxt lazım ola bilər".

Şərqi Azərbaycan valisinin müavini Cebbarali Zakiri İran prezidenti İbrahim Rəisinin konvoyunda olan 3 helikopterdən birinin qəzaya uğradığını təsdiqləyib: "Hələ hadisə yerinə çatmamışam. Mümkün yaralılar və onların sayı ilə bağlı heç nə deyə bilmərəm. Hadisənin necə baş verdiyini bilmirəm".

İran Qırmızı Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, qəzanın Kəleyber və Verziqan arasında olduğu və qəzanın baş verdiyi ərazinin İHA-larla skan edildiyi bildirilib(Mia.az).

***

İran prezidenti İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü Azərbaycanla sərhədə səfərdən qayıdıb qatı duman içində dağlıq ərazini keçərkən qəzaya uğrayıb.

Reyting.az 
xəbər verir ki, bunu İran rəsmisi “Reuters” agentliyinə bildirib.

Rəsmi şəxs deyib ki, Rəisi və xarici işlər naziri Hüseyn Abdullahianın həyatı "helikopter qəzasından sonra risk altındadır".

"Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur", - deyə İran rəsmisi əlavə edib.

Qeyd edək ki, İran TV-lərində bütün proqramlar dayandırılıb. Televiziyalar bütün ölkə üzrə Rəisi üçün duaların edildiyini və ekranın bir küncündə sıx dumanda dağlıq ərazidə piyada axtarış aparan xilasetmə qruplarının canlı yayımını göstərirlər.(APA)

***

İran prezidentinin helikopterində olan iki sərnişinlə əlaqə saxlanılıb.

Reyting.az 
xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Amma hələlik ətraflı məlumat verilmir.

***

İranın vitse-prezidenti Möhsün Mənsuri isə bildirib ki, o, İran prezidenti İbrahim Rəisi ilə birlikdə helikopterdə olan iki sərnişinlə danışıb.

Reyting.az
-ın məlumatına görə, İran KİV-ləri vitse-prezidentdən sitat gətirib: “Biz prezidentin iki yoldaşı ilə bir neçə dəfə əlaqə saxladıq və görünür, bu, ciddi insident deyildi”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR