İran və Rusiya arasında yeni hərtərəfli əməkdaşlıq sazişi dayandırılıb
DÜNYARusiyanın dövlət xəbər agentliyi Rusiya XİN rəsmisinə istinadən bildirib ki, Moskva və Tehran arasında hərtərəfli əməkdaşlıq haqqında yeni saziş iranlı tərəfdaşların üzləşdiyi problemlər səbəbindən müvəqqəti olaraq dayandırılıb.
“Reuters”in məlumatına görə, Rusiya XİN-nin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bununla bağlı deyib: “Bu, iki ölkə rəhbərliyinin strateji qərarıdır. İranlı tərəfdaşların üzləşdiyi problemlər səbəbindən bu proses dayandırılıb. Şübhə etmirəm ki, sazişin mətni razılaşdırılacaq və bundan sonra sənədi imzalama vaxtını və yerini iki ölkənin başçıları müəyyən edəcəklər”.
Bir müddət öncə Rusiya prezidenti Vladimir Putin 2024-cü il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşdə ümid etdiyini bildirmişdi ki, 2024-cü ildə İran-Rusiya əlaqələrində ərsəyə gətirilən hər bir şey davam etdiriləcək. (Əl-Ərəbiyyə)
Maraqlana bilərsizr