© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İranda mazut böhranı: reallıq və səbəblər

Mazuta İranda “kürə nəfti” deyirlər, yəni, “ən kirləndirici fosil yanacağı”. Hətta daş kömürdən də çox kirləndiricidir. Bir neçə həftədir ki, İranın böyük şəhərləri, o cümlədən Tehran və Təbrizdə havanın kəskin kirli olması ilə bağlı xəbərdarlıq təbili çalınır. Tehranda havada sulfur dioksidin qatqısı 2 dəfə artıb. Son 10 ayda Tehran yalnız 12 gün saf hava görüb və əlbəttə, neçə gündür ki, böyük şəhərlərin havası hamı üçün, yəni təkcə xəstələr və yaşlılar üçün deyil, hər kəs üçün təhlükəli elan olunub.

Mazuta İranda “kürə nəfti” deyirlər, yəni, “ən kirləndirici fosil yanacağı”. Hətta daş kömürdən də çox kirləndiricidir. Bir neçə həftədir ki, İranın böyük şəhərləri, o cümlədən Tehran və Təbrizdə havanın kəskin kirli olması ilə bağlı xəbərdarlıq təbili çalınır. Tehranda havada sulfur dioksidin qatqısı 2 dəfə artıb. Son 10 ayda Tehran yalnız 12 gün saf hava görüb və əlbəttə, neçə gündür ki, böyük şəhərlərin havası hamı üçün, yəni təkcə xəstələr və yaşlılar üçün deyil, hər kəs üçün təhlükəli elan olunub.

İranın ekologiya təşkilatı - Sazemane Hezafat az Mohite Zist bir neçə gün öncə elan etdi ki, səbəb, sənaye sektorunda, özəlliklə elektrik stansiyaları, yəni “nirugahhaye bargi”də mazutun yandırılmasıdır. Sonra İranın neft və enerji nazirlikləri bunu təkzib etdi. Nəhayət neft naziri çəkiş-bərkişdən sonra bildirdi ki, sənaye sektorunda mazut yandırmaq zorundadırlar və başqa çıxış yolları yoxdur. Səbəb kimi İran rəsmiləri bildiriblər ki, təhrimlərə görə xaricə mazut sata bilmirlər və bu kirli yanacağı ölkə daxilində istifadə etmək zorundadırlar.

Məncə, səbəb başqa şeydir. İrana qarşı sanksiyalar 2019-cu ildə də var idi, ancaq İranın xaricə mazut satışı davam edirdi və bunu da deyim ki, Amerika Birləşmiş Ştatları İranın xam neft satışına qadağa qoyub, neft məhsullarının ixracı azaddır.

Məsələn, cari İran ilinin, yəni yazda başlayan ilin ilk 7 ayında, İranın gömrük statistikalarına görə 1.4 milyard dollar benzin ixracatı olub. Ölkənin ötən ilin 12 ayında benzin ixracatı hətta yarım milyard dollar da deyildi. Demək ən azı 4-5 dəfə benzin ixracatı artıb. Bəs niyə mazut ixracatı dayanıb?

Səbəb budur ki, mazut adətən iki yerdə istifadə olunur. Ucqar yerlərlə elektrik stansiyalarının yanacağı üçün və bir də gəmilərdə yanacaq üçün. Ancaq 2020-ci ilin əvvəlindən, yəni bir ildən çoxdur ki, Beynəlxalq Dəniz Təşkilatının yeni standartlarına görə, tərkibində 0.5 faizdən çox kükürdü, sulfuru olan yanacaqları gəmilərdə istifadə etmək qadağandır.

İranın istehsal etdiyi mazutun kükürd tərkibi 3.5 faizdir və heç bir gəmi bu yanacaqdan istifadə edə bilməz. Beləliklə, İran həmin kirli mazutu ölkə daxilində istifadə etməyə məcburdur.

Ümumiyyətlə mazut nədir?

Neftayırma zavodları, yəni palayeşgahlarda xam nefti emal edərkən, çeşitli məhsullar əldə olunur. Benzin, dizel (Gazoil), nəfta, ağ neft, yaxud kerosin, kürə nefti, yaxud mazut və başqa məhsullar.

İranın neftayırma zavodları köhnə texnokogiyadan istifadə etdiyi üçün xam neftin dörddə biri mazuta çevrilir. Hətta bəzi zavodlar, məsələn, Abadan və Kermanşahda 40 faiz xam neft mazuta çevrilir.

İran bir neçə il öncə 10 milyard dollar sərmayə ayıraraq, neftayırma zavodlarında yeniliklər edib, mazutun payını 24 faizdən 10 faizə endirmək istəyib, ancaq bu plan kağaz üstündə qalıb.

Xatırladım ki, məsələn, Ərəb Əmirliklərində mazutun istehsal olunan neft məhsullarında payı 4.5 faizdir, yəni o qədər neftayırma zavodları gəlişmiş və moderndir ki, yalnız 4.5 faiz xam nefti mazuta çevirir və qalanını benzin, dizel, eləcə də başqa dəyərli məhsullara çevirir.

İranın neftayırma zavodları günlük 400 min barel mazut istehsal edir, özü də kükürdünün tərkibi 3.5 faizdir. Keçən ilə qədər, İran litr ilə desək, ildə 20 milyard litr mazut istehsal edirdi. Onun 5 milyard litrini sənaye sektorunda, ölkə daxilində istifadə edirdi. Habelə 3.5 milyard litri elektrik stansiyalarında yanacaq kimi istifadə edib və 15 milyard litrini xaricə satırdı.

Dediyim kimi, mazutun əsas müştəriləri gəmilərdir, ancaq İranın mazutunun kükürd tərkibi 7 dəfə yeni standartlardan çoxdur.

İranın indi 5 yolu var:

1- Neftayırma zavodlarını modernləşdirmək. Bunun üçün 10 milyard dollar pul lazımdır, həm də xarici şirkətləri cəlb etmək. Üstəlik bir neçə il də vaxt tələb olunur.
2- İran mazut istehsalını azaltmalıdır. Ancaq bunun üçün ən azı Abadan və Kermanşah neftayırma zavodlarını bağlamalıdır. Xatırladım ki, Abadan İranın ən böyük neftayırma zavodudur və gündəlik 400 min barel neft emal edir. Bunun 160 min bareli mazuta çevrilir, qalanı isə benzin, dizel və başqa məhsullardır. Əgər İran bu zavodların
fəaliyyətini dayandırsa, ölkədə benzin qıtlığı yaranacaq. Demək bu da əlverişli deyil.
3- Üçüncü yol budur ki, mazutu aparıb bir ucqar səhraya boşaltsın. Bunun da ekoloji fəsadları olacaq və xatırladım ki, İran ildə 20 milyard litr mazut istehsal edir və bunun da dəyəri 4-5 milyard dollardır. Sadəcə standart olmadığı üçün xaricə sata bilmir.
4- Başqa yol budur ki, İran mazutunu başqa ölkələrə göndərib, onun sulfur tərkibini 3.5 faizdən yarım faizə azaldıb sonra satsın. Ancaq bu da əlverişli deyil. Xaricdə adətən hər bir neftayırma zavodu xam neft alıb onu emal edir. Mazut çox dəyərsiz bir yanacaqdır və onu daşımaq, başqa ölkədə boş bir neftayırma zavodu tapmaq, sulfur qatqısını azaltmaq və yenidən daşıyıb bazarlara çıxarmaq çox güman ki, iqtisadi baxımdan sərfəli deyil.
5- Ən rahat yol Amerika ilə dil tapıb, sanksiyaları götürməkdir. Buna da heç gümanım yox. Nə isə.

Beləliklə, İran çıxılmaz vəziyyətdə qalıb.

İndi sual oluna bilər ki, İran təxminən bir ildir ki, mazut ixrac edə bilmir, ya da ixracatı kəskin düşüb, bəs niyə son 2-3 həftədə havanın kirlənməsi - filan söhbətləri açılır.
Məsələ burdadır ki, qışda İranda əhalinin qaz istifadəsi pik səviyyəyə çatır. Məsələn, yayda əhaliyə günlük 120 milyon kubmetr qaz verilir, ancaq qışda bu rəqəm 600 milyona çatır. Başqa sahələrə, o cümlədən sənayenin bir hissəsi və elektrik stansiyalarına qaz qalmır. İran hökuməti məcbur olur qışda böyük şəhərlərdə də sənaye və elektrik stansiyalarına qaz yerinə mazut versin və görürük ki, Tehran, Təbriz, İsfəhan, Xurasan və bir çox şəhərlərdə hava kəskin kirlənib.
Bu isə əhalinin günahı deyil. İran höküməti illərdir ki, ağılsız işlər və planlarla məşğuldur.

Gəlin Türkiyəni misal çəkək. Ölkənin elektrik istehsalı gücü 92 min meqavata çatıb. Yəni İrandan da çoxdur. Ancaq bunun 47 faizi yenilənə bilən elektrik enerjisidir, yəni yel, günəş və başqa yenilənə bilən enerjilərdən elektrik istehsal edir. İranda yenilənə bilən enerjilərin elektrik istehsalında payı yarım faizdir. 82 faiz elektrik istehsalı termal stansiyalarda, yəni nirugahhaye hərarətidə istehsal olunur. Türkiyə 2020-ci ildə 4700 meqavat yenilənə bilən elektrik istehsalını artırdı. Bu, İranın Buşehr nüvə stansiyasının 5 qatıdır.

İran ildə 780 milyon ton istixana qazları, yəni golxanei qazlar, dey iksid kərbin, falan istehsal edərək, dünyada istixana qazları istehsal edən ölkələr içində 6-cı yerdədir.

Birinci yerdə Çin dayanır, sonra Amerika, Hind, Rusiya, Yapon və İran. Məsələ budur ki, İranın iqtisadiyyatı bu ölkələrdən qat-qat kiçikdir və bu qədər fosil enerji tükədib istixana qazları istehsal etməsi bir faciədir.

Məsələn, Almanyanın iqtisadiyyatı İrandan 6 dəfə böyükdür, ancaq İrandan daha az istixana qazları istehsal edir. Türkiyənin iqtisadiyyatı isə İrandan 1.5 dəfə böyükdür. Bu ölkə İranın yarısı qədər istixana qazları istehsal edir.

Səbəb budur ki, əvvəla İranda yanacaqlar standart deyil. İkincisi isə, sənaye sektorunda səmərəlilik dərəcəsi çox azdır. Məsələn, həmin bu termal elektrik stansiyalarının randemanı, səmərəlilik dərəcəsi yalnız 37 faizdir. İran ildə 18 milyard metr mükəəb qazı elə istehsal etdiyi zaman yandırır, yəni flarin edir. Çünki, neft quyularından çıxan qazı toplayıb, emal edə bilmir. Bu təchizat üçün 5 milyard dollar sərmayə lazımdır və İran 10 ildir ki, flaringi dayandıracağını deyir. Ancaq 5 milyard dollar sərmayəni yatıra bilmir və xarici şirkətləri cəlb etmək imkanına sahib deyil. Xatırladım ki, keçən il İranın qaz ixracatı 17 milyard kubmetr idi. Yəni flaringin səviyyəsi ixracatdan da çoxdur. Hazırda İranda əsas fəlakət həmin flaringdən ildə 34 milyon ton istixana qazlarının istehsal olunmasıdır.

Nə isə, bu da keçər…

www.aznews.tv

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR