© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İranın Yol və Şəhərsalma naziri: Astaraçay körpüsünün yanında 6 metrlik avtomobil sərhəd körpüsü tamamlanacaq

İranın Yol və şəhərsalma naziri Azərbaycan Baş naziri ilə görüşdə deyib: Səfər çərçivəsində hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən Rəşt-Astara dəmir yolu dəhlizi də müzakirə olunacaq.

İranın Azərbaycan Respublikası ilə çoxlu birgə layihələrinin olduğunu qeyd edən Rüstəm Qasemi deyib: Ümid edirik ki, bu səfər və çoxsaylı görüşlər nəticəsində iki ölkənin qarşısında duran maneələr tezliklə aradan qalxacaq və Azərbaycanla müxtəlif sahələrdə, xüsusən də iqtisadi sahədə əməkdaşlıq edəcəyik.

O əlavə edib: "Hesab edirəm ki, iki ölkə arasında əməkdaşlıq üçün böyük potensial var və bu gün biz imkanları nəzərdən keçirəcəyik. Bu danışıqlarda biz hər iki ölkənin maraqlarını təmin etməyə çalışacağıq”.

“Azərbaycanlı dostlarımız və İran Astarası avtomobil terminalının tikintisinə sərmayə qoyurlar, hansı ki, bir hissəsi başa çatıb və bir hissəsi tikilməkdədir. Aparılan danışıqlar əsasında biz Naxçıvan-Məşhəd sərnişin qatar xəttini yenidən işə salacaq və İranla Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığı artıracağıq: Habelə bu sahədə tranzit də inkişaf etdiriləcək”,- deyə o əlavə edib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR