İri ticarət mərkəzləri açılır?
GÜNDƏMİri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur.
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, insanların alış-verişlə bağlı məsələlərini ənənəvi üsullarla həll etməsi tövsiyə edilir:
“Bunun üçün yarmarkalar, digər mağazalar var. Hazırda iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə edilir. Yeni qərar olarsa, bu barədə məlumat veriləcək”.
Maraqlana bilərsizr