© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İsrail: İraq da daxil olmaqla Ərəb ölkələri İranın bölgəsəl hərəkətləri qarşısında bizim dostumuzdur

"İran atom silahı əldə etmək istəyinə çatarsa, bizim bildiyimiz bölgə artıq mövcud olmayacaq"

Bunu İsrailin milli əmniyət müşaviri Eyal Hulata noyabrın 21-də Bəhreyndə baş tutan "Manama dialoqu" iclasında çıxışı zamanı deyib.

İranın atom silahı əldə edəcəyi halda dünya misli görünməmiş təhlükələrlə üzləşəcək.

Hulata əlavə edib: "İranın bütün regionda şər fəaliyyəti barədə danışmışıq. Təsəvvür edin ki, İranın atom silahı olarsa, o zaman nə qədər daha təhlükəli və cəsarətli olardı".

"Azad dünya indiyə qədər görünməmiş böyük təhlükələrlə üzləşəcək. Yeni silahlanma yarışı baş verəcək və atom silahlarının yayılması qadağasına dair mövcud sistem çökəcək", - deyə İsrailin milli əmniyət müşaviri vurğulayıb.

O, habelə qeyd edib ki, İranın atom silahına doğru addımı yalnız güclü müqavimətlə üzləşdiyi vaxt dayandırılımışdı. Buna görə də o, "Manama dialoqu" iclasında iştirak edən dövlətlərdən "İranı atom silahı əldə etməyə qoymayacağıq" mahiyyətli birgə mesaj verməyə çağırıb.
 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR