© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İsrail Misir vasitəsilə Tehrana mesaj göndərib

“İsrail Misirin xarici işlər naziri vasitəsilə İranın apreldə dağıdıcı qisasının qarşısını almaq üçün Qəzzada müharibənin qısamüddətli olacağı mesajını verib”.

Bunu İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.

İsrailin Dəməşqdəki İran konsulluğunu hədəf alan hücumuna toxunan Əmir Əli Hacızadə bildirib ki, İsrailin məqsədi İranın hərbi komandirlərini öldürmək olsaydı, bu cinayəti İranın Suriyadakı konsulluğundan kənarda törədərdi, lakin İsrail uğursuzluğa cavab olaraq strateji qələbəyə can atırdı.

General əlavə edib ki, bu gün dünyada baş verən bütün hadisələr Qəzza müharibəsinin nəticəsidir: “Müharibənin genişlənməsi İsrailə baha başa gəldi. Halbuki, onlar ucuz və təsirli bir hərəkətin ardınca idilər”.

İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra Misir xarici işlər naziri vasitəsilə mesaj göndərdiyini deyən Hacızadənin sözlərinə görə, İsrail və ABŞ region ölkələrini İranın cavabına qarşı İsraili müdafiə üçün təchiz edib: “Hücumların qarşısını almaq üçün təxminən 221 döyüş təyyarəsi hazır vəziyyətdə idi. İranın dağıdıcı qisasının qarşısını almaq üçün İsrail Misirin xarici işlər naziri vasitəsilə Qəzzada müharibənin qısa olacağı mesajını verdi”.

E. KAMAL

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR