İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
GÜNDƏMİsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir.
Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı tviterdəki hesabında qeyd edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Maraqlana bilərsizr