© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İsrail təkrar karantin rejimi tətbiq edildi

İsraildə sentyabrın 18-dən etibarən 3 həftə müddətinə ümumölkə təkrar karantin rejimi tətbiq olunub.

DAİM.AZ-ın məlumatına görə, bununla da İsrail koronavirus pandemiyası ilə əlaqədar ikinci dəfə karantin rejimi tətbiq edən ilk ölkə olub.

Qeyd olunur ki, karantin rejimi oktyabrın 9-dək davam edəcək. Bu müddət ərzində ölkədə bir neçə dini bayramın keçirilməsi nəzərdə tutulur.

Karantin rejimi müddətində sakinlərə evlərini 1 kilometr məsafəyədək tərk etməyə icazə veriləcək. İctimai nəqliyyat məhdudiyyətlə işləyəcək. 10 nəfərdən artıq qruplarda toplaşmaq qadağan edilir. Kafe, restoran, ticarət mərkəzi, gözəllik salonları bu müddət ərzində bağlı qalacaq.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR