© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İsrailin baş naziri tarixi səfərinin yekunlarından danışdı

İsrailin baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərindən məmnun qalıb. Bu barədə İsrail hökuməti başçısının ofisinin bəyanatında deyilir.

Səfər çərçivəsində Bennet Abu Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşüb. Danışıqlar təxminən dörd saat davam edib.

Baş nazirin sözlərinə görə, onlar “iki ölkə, ümumilikdə Yaxın Şərq, eləcə də iqtisadiyyat və texnologiya haqqında mənalı və səmimi söhbətlər aparıblar”.

“Mən İsrailə çox optimist münasibətlə qayıdıram ki, bu münasibətlər bizim regiona sülh gətirə biləcəyimizə nümunə ola bilər”, - deyə Naftali Bennet bildirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR