İtaliya sərhədlərini açır
DÜNYAİtaliya hökuməti ölkəyə girişə və çıxışa qoyulmuş məhdudiyyətləri iyunun 3-dən etibarən ləğv edəcək.
DAİM.AZ “İzvestiya”yə istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, 3 iyun 2020-ci ildən etibarən ölkənin müxtəlif regionları arasında hərəkətə, həmçinin, xaricdən gəlişə məhdudiyyətlər yalnız 25 mart 2020-ci il tarixli qanuna əsasən qəbul edilmiş dövlət tədbirləri ilə tətbiq oluna bilər.
Hərəkət qadağası və karantin qaydalarına riayət tələbi COVID-19 yoluxması təsdiq edilmiş şəxslər üçün qüvvədə qalır. İnfeksiyaya yoluxmuş şəxslərlə əlaqədə olanlar üçün də analoji məhdudiyyətlər qalmaqdadır.
Bununla bərabər, sərhədlər açılandan sonra İtaliyaya xaricdən gələnlərin karantinə alınıb-alınmayacağı barədə məlumat verilmir.
Maraqlana bilərsizr