© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Kafeyə gedənlər cərimələndi

Bakıda saat 18:00-dan sonra fəaliyyət göstərən kafe aşkarlanıb.

DAİM.AZ verdiyi xəbərə görə, mayın 29-u axşam saatlarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə yeni yaşayış massivində müəyyən olunmuş vaxt rejimindən sonra fəaliyyət göstərən kafe aşkarlanıb.

 

Reyd zamanı 9 nəfər saxlanılaraq 40-cı Polis Bölməsinə gətirilib. Kafenin icarədarı Anar Soltanov 200 manat, qalan müştərilər isə 100 manat məbləğində cərimə olunub.

 

Həmçinin, Binəqədi rayonu Nizami Nərimanov küçəsində yerləşən "Yaşıl bağ" kafesi və İ.Dadaşov küçəsində "Pomidor" çay evi aşkarlanıb. İcarədarlar Kamil Cəbiyev və Eldar Novruzov, eyni zamanda 10 nəfər müştəri 5-ci Polis Bölməsinə gətirilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Qeyd edək ki, Operativ Qərargah tərəfindən qəbul olunmuş qaydalara əsasən, hazırda kafe və restoranlar saat 18-dək işləyə bilərlər. Mayın 31-dən isə bu vaxt saat 22-dək uzadılır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR