Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
GÜNDƏMTürkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə demək olar ki, bütün tikililər yararsız hala düşüb.
Baku TV-nin Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, Kahramanmaraşın Azərbaycan bulvarı adlanan hissəsində yolboyu bütün binalar dağılıb.
Hazırda Kahramanmaraşda termal cihazlarla axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında hələ də bir neçə nəfərin sağ olduğu ehtimal edilir. Onlarla cansız bədən çıxarılaraq dəfn edilib.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 391 nəfər həyatını itirib, 62 914 şəxs xəsarət alıb. Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub. İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb.
Ətraflı videonu təqdim edirik:
Maraqlana bilərsizr