Karantin qaydalarına nəzarət gücləndirildi - VİDEO
GÜNDƏMÖlkədə koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsinə qərar verilib. Sözügedən qərar bir sıra şəhər və rayonlarla yanaşı, Sumqayıtda da tətbiq olunur.
Sumqayıt Şəhər Polis İdarəsinin və Daxili Qoşunların hərbi qulluqçuları pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirir.
Həyata keçirilən tədbirlər çərçivəsində şəhərin giriş-çıxış hissələrində və bir çox ərazilərində Yol-Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən nəzarət-yoxlanış postları qurulub. Eləcə də, şəhərdə qaydaların pozulmasının qarşısını almaq üçün patrul xidməti yerinə yetirilir, karantin rejiminin tələblərini pozan şəxslər müvafiq qaydada cərimələnir.
Belə ki, ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər avtobuslardan kənarlaşdırılıb, eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə cərimələr tətbiq olunub.
Eyni zamanda, küçəyə çıxan sakinlərin icazələrinin olub-olmaması da yoxlanılıb. İcazəsiz çölə çıxanlar barəsində də tədbirlər görülüb.
Bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları avtovağzal ərazisində stasionar postlar yaradıb. Bakıya gedən sərnişinlər burada yoxlandıqdan sonra ictimai nəqliyyata buraxılır. İdarənin əməkdaşları bir neçə marketdə reydlər aparıb, satıcı və müştərilərə tapşırıq və tövsiyələr verilib.
Maraqlana bilərsizr