© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Karantin rejimi qaydalarına əməl etməyən restoran və kafelər aşkarland

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsi, 13-cü və 15-ci Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə səkkiz nəfər müəyyən olunub.

Əsasən, restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normaları pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib edilib.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.

İctimai iaşə sektorunda açıq havada müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR