© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

KİV: ABŞ Çinlə mümkün münaqişəyə hazırlaşır

ABŞ Çinlə mümkün münaqişəyə fəal şəkildə hazırlaşır.

Bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.

May ayında ABŞ və Filippin dəniz piyadaları Tayvan yaxınlığındakı kiçik adalarda hərbi təlimlər keçirib. Nəşr qeyd edib ki, bununla belə, “əlçatmaq çətin, uzaq yerlərdə” təlimlər bir çox problemləri üzə çıxarıb.

Belə ki, bəzi adalarda uçuş zolaqları olsa da, digərlərində yalnız kiçik helikopter meydançaları var. Bəzi ucqar ərazilərdə həmişə radar sistemlərini və raket batareyalarını hərəkət etdirmək üçün kifayət qədər geniş yollar olmur.

Bununla belə, ən böyük problem hərbçilərin dəniz piyadalarını və onların avadanlıqlarını adalar arasında daşımaq üçün kiçik gəmilərinin olmamasıdır. Lakin belə gəmilərin istehsalı ilə bağlı planlar təxirə salınıb və onların tikintisinə hələ də başlanmayıb.

Nəşr əlavə edib ki, Çinin təsirli raket arsenalı və hər formada və ölçüdə olan pilotsuz uçuş aparatları narahatlıq doğurur.

Mayın ortalarında “Reuters” agentliyi ABŞ və Tayvan donanmasının aprel ayında Sakit okeanda birgə qeyri-rəsmi təlimlər keçirdiyini bildirmişdi. Belə ki, Çinin ada yaxınlığında keçirdiyi hərbi təlimlər fonunda Vaşinqton və Taypey son illərdə hərbi əməkdaşlığı genişləndirməyə başlayıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR