© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Koordinasiya Şuralarının nümayəndələri ilə videokonfrans keçirilib - FOTO

İyulun 7-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və müxtəlif ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Fuad Muradov dövlətimizin diaspor siyasətindən, Koordinasiya Şuralarının, Azərbaycan evlərinin və “Qarabağ” məktəblərinin pandemiyaya qədər və pandemiya dövründə göstərdikləri fəaliyyət, diaspor təşkilatlarının Azərbaycan səfirlikləri ilə əlaqəli şəkildə çalışmaları barədə danışıb. Pandemiya dövründə azərbaycanlıların birliyi, fəallıq göstərməsi, qarşılıqlı yardımlaşmaları, Dövlət Komitəsinin diaspor təşkilatlarına maddi və mənəvi dəstək göstərməsi, xaricdə müvəqqəti çətinliklə üzləşmiş 6 mindən çox soydaşımıza yardım edilməsi və s. məsələlər nəzərə çatdırılıb, Koordinasiya Şuralarının fəaliyyəti müsbət qiymətləndirilib.

Müzakirələr zamanı tədbir iştirakçıları Dövlət Komitəsinin yaradılmasının 18 illiyi ilə bağlı fikirlərini və təbriklərini söyləyiblər. Son illər Dövlət Komitəsinin fəaliyyətində yeni dövrün başlanması, maraqlı və müxtəlif layihələrin həyata keçirilməsi, azərbaycanlıların birliyi və təşkilatlanması isiqamətində atılan addımlar yüksək qiymətləndirilib.

Pandemiya dövründə soydaşlarımızın vətənə təxliyəsinin həyata keçirilməsi və qarşılıqlı yardımlar göstərilməsindən bəhs edən çıxışçılar məmnunluqla qeyd ediblər ki, son illərdə Dövlət Komitəsi açıq platformaya çevrilib, artıq bu müstəvidə çox ciddi fikir mübadiləsi aparmaq mümkündür. Diasporumuzun Azərbaycan həqiqətlərinin xarici mətbuatda işıqlandırılması ilə bağlı fəaliyyətini genişləndirməsi və bunun erməniləri narahat etdiyi də diqqətə çatdırılıb. Gələcəkdə də Qarabağla bağlı təbliğatın genişləndirilməsi, mitinqlərin və aksiyaların keçirilməsi zəruriliyini vurğulayan natiqlər Avropada mətbuat orqanının yaradılması təklifi ilə çıxış ediblər.

Qeyd edək ki, bu, pandemiya dövründə xaricdə yaşayan azərbaycanlılarla keçirilən 200-cü videokonfrans olub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR