Koronavirus: karantində D vitamini nə üçün vacibdir və onu necə qəbul etməli?
GÜNDƏMBritaniyanın Səhiyyə İdarəsi karantin bitənədək yaz və yay aylarında hər gün D vitamini qəbul etməyi tövsiyə edir.
Biz adətən bu vitamini açıq havada gəzərkən günəş şüalarının bədənimizin açıq hissələrinə dəyməsi ilə qəbul edirik.
D vitaminini həm də "günəş vitamini" adlandırırlar. O, digər vitaminlərlə yanaşı infeksiyalarla mübarizə aparır. Bu, xüsusilə pandemiya dövründə vacibdir.
D vitaminini qəbul etmək kimlər üçün xeyirlidir?
Tövsiyələr
Hələ koronavirus epidemiyasından əvvəl britaniyalılara tövsiyə edilmişdi ki, qış aylarında (oktyabrdan marta qədər), küçədə kifayət qədər vaxt keçirmirlərsə, il boyu hər gün 10 mkq D vitamini qəbul etsinlər.
Britaniyalı mütəxəssislər aşağıdakı hallarda D vitaminini gündəlik qəbul etməyi tövsiyə edirlər:
- Əgər siz demək olar ki, açıq havada olmursunuzsa, məsələn, siz sağlamlıq vəziyyətinizə görə özünüzü qorumalısınızsa (məsələn, ürək əməliyyatından sonra, keçirilən ağır xəstəlikdən sonra və sairə)
- Qocalar evində yaşayırsınızsa
- Küçəyə çıxanda adətən qapalı geyim geyinirsinizsə
Tünd dəri rəngi olan insanlar açıq havada vaxt keçirsələr də, kifayət qədər "günəş vitamini" almaya bilərlər.
Vitamin D nə üçün lazımdır?
D vitamini dişləri, sümükləri və əzələləri möhkəmləndirir.
Körpələrdə bu vitaminin çatışmazlığı raxit-sümüklərin inkişaf etməməsi və skeletin deformasiyası- xəstəliyinə, böyüklərdə isə osteomalasiyaya - sümüklərin mineral çatışmazlığından yumşalmasına gətirib çıxara bilər.
Bəzi araşdırmalar göstərib ki, bu vitamin bizə adi soyuqdəymə və qriplə mübarizə aparmağa kömək edir. Lakin D vitamininin immuniteti yüksəltməsi barədə məlumat yoxdur.
Bəzi araşdırmalar D vitamininin aşağı səviyyəsini və mövsümi depressiyanı əlaqələndirirlər. Bu vitaminin çatışmazlığının hətta əsəb sisteminin fəaliyyətinə və psixi sağlamlığa təsir edə biləcəyi barədə məlumatlar var.
Bu vitamini böyük dozalarda qəbul etmək olarmı?
Bunu etmək məsləhət görülmür. Qida əlavəsi kimi D vitamini zərərsiz olsa da, onun uzun müddət gündəlik və çox qəbulu zərər verə bilər.
Təhlükəsiz dozalar belədir:
- 1-10 yaşlı uşaqlar - gündə 50 mkq-dan çox olmayaraq
- 12 aya qədər olan körpələr - gündə 25 mkq-dan çox olmayaraq
- Böyüklər - günlük 100 mkq-dan çox olmayaraq, qida əlavəsi şəklində gündə 10 mkq
Bəzi hallarda həkim dozanı artıra bilər.
Bəzi xəstəliklərdə, məsələn, böyrək xəstəliklərində bu vitaminin qəbulu məsləhət görülmür.
D vitamini koronavirusdan qoruya bilərmi?
Xeyr, qoruya bilməz. Bu vitaminin koronavirusdan qoruya bildiyi barədə hər hansı sübut yoxdur.
Bununla yanaşı, mütəxəssislər hesab edir ki, pandemiya zamanı bu vitamin "xeyirsiz deyil".
Vitaminli qida əlavələri bədənində D vitamini çatışmazlığı olanların əhvalını yüksəldə bilər.
Adına baxmayaraq D vitamini əslində bədənin kalsium qəbuluna cavab verən hormondur.
Ona yağlı balıq növlərindən və yumurtadan başqa heç harada rast gəlinmir. Lakin bizim dərimiz ultrabənövşəyi şüaların təsiri altında adi xolesteroldan öz hormonunu yaradır.
Bəzi istehsalçılar yoqurtlara, yulafa və marqarinə sizntezləşdirilmiş vitamin əlavə edirlər.Yeməklərdə kifayət qədər vitamin D varmı?
Vitamin çatışmazlığını necə bilməli?
Yay aylarında günəşi havalarda bu vitaminə təlabat çox fərdi xarakter daşıyır və dəri rəngi, bədəndə yağ miqdarı, orqanizmin sümük skeletini neçə müddətə əmələ gətirdiyi kimi göstəricilərdən asılıdır. Bu, çox çətin prosesdir", - Warwick Universitetinin tibb tarixçisi Robert Beavney deyir.
Buna görə də, D vitaminin çatışmazlığını simptomlarla deyil, qan analizi ilə müəyyən etmək lazımdır.
Günəş vannası qəbul etsək?
Bu yolla böyük doza D vitamini qəbul edə bilməzsiniz, lakin dəri yanığı əldə edə bilərsiniz.
Buna görə də, həddindən artıq günəş qəbul etmək lazım deyil və dərini günəş kremləri ilə və ya geyim vasitəsi ilə qorumaq lazımdır.
Uşaqlar və hamilələr nə etməlidir?
Həkimlərin məsləhətləri belədir:
- Körpələr doğulandan 1 yaşına qədər hər gün 8.5-10 mkq d vitamini qəbul etməlidirlər
- süni qidalar verilən uşaqlara hər hansı əlavə vitamin vermək lazım deyil. Uşaq yeməklərinin tərkibində artıq D vitamini var-ancaq gündə 500 ml-dən az uşaq qidası qəbul olunanadək
- 1 yaşdan 4 yaşadək olan uşaqlar gündə 10 mkq d vitamini qəbul etməlidirlər
- hamilə qadınlar və süd verən analar da gündə 10 mkq d vitamini qəbul etməlidirlər
Maraqlana bilərsizr