© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Kurık limanında "Zərifə Əliyeva" gəmi-bərəsini qarşılama mərasimi keçirilib

Ro-Pax tipli "Zərifə Əliyeva" gəmi-bərəsinin Qazaxıstanın Kurık limanında rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, mərasimdə Azərbaycanın Aktaudakı konsulu Elmar Məmmədov, Qazaxıstan portlarının Dəniz Admnistrasiyasının rəhbəri Nurbol Yermanov, Kurık limanın rəis müavini Talqat Ospanov və digər rəsmilər iştirak edib.

Qazaxıstan rəsmiləri gəmi-bərənin ilk reysinin Kurıka olmasından məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, səfər zamanı gəmidə 25 heyət nəfəri, 43 sərnişin, 38 yük maşını və 18 minik avtomobili olub. Qayıdanda isə 25 heyət nəfəri, 53 sərnişin, 41 yük maşını ilə geri qayıdacaq.

Gəminin axşam saatlarında Bakıya yola düşəcəyi və təxminən 20-22 saata çatacağı proqnozlaşdırılır.

Xatırladaq ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Daimi heyəti 30 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

“Zərifə Əliyeva” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR