Latviya Seyminə keçirilən seçkilərdə Azərbaycanlı namizəd deputat mandatı qazanıb
GÜNDƏMOktyabrın 6-da Latviya Seyminə keçirilən seçkilərin yekun nəticələrinə əsasən azərbaycanlı namizədlərdən biri deputat mandatı qazanıb.
Oktyabrın 6-da Latviya Seyminə keçirilən seçkilərin yekun nəticələrinə əsasən azərbaycanlı namizədlərdən biri deputat mandatı qazanıb. Hakim "Hər şey Latviya üçün" partiyasından olan Roman Naudinş növbəti dəfə parlament seçkilərində qələbə qazanıb. Qeyd edək ki, parlamentdə deputat olana kimi Roman Naudinş Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri vəzifəsində çalışıb. O, habelə Latviyanın Valmeyra şəhərində fəaliyyət göstərən "Araz" diaspor təşkilatının rəhbəridir.
Xatırladaq ki, Seymə seçkilərdə 2 azərbaycanlı namizədliyini vermişdi. Digər namizəd isə Asif İbrahimov idi.
Maraqlana bilərsizr