Le Monde: 2022-ci ildə potensial olaraq silahlı münaqişənin başlaya biləcəyi regionlar
DÜNYA1) İran - nüvə sazişi üzrə danışıqlar irəliləsə də, kompromis üçün imkanlar daralır. Tehran müqavilədən birtərəfli qaydada çıxmış keçmiş ABŞ prezidenti Donald Trampın siyasətini hələ də unutmayıb. Eyni zamanda İranın uranı zənginləşdirməsi İsrail və ABŞ-ı onun nüvə kompleksinə zərbə endirməyə təşviq edir ki, bu da cavabsız qalmayacaq və nəticədə münaqişə bütün Yaxın Şərqi əhatə edəcək.
2) Tayvan - Çin adaya “müdaxilə”yə gətirə biləcək manevrlər həyata keçirir. ABŞ əvvəllər Tayvanı müdafiə vasitələri ilə təmin etməyi öz üzərinə götürmüşdü, lakin buna baxmayaraq, Co Bayden bu məsələyə birmənalı yanaşmır.
3) Ukrayna - Rusiya ABŞ-a təhlükəsizlik zəmanəti tələblərini açıqlayarkən bu ambisiyalarını da qeyd edib. Moskva dəfələrlə vurğulayıb ki, Rusiya heç kimə hədə-qorxu gəlmir, hərbi qüvvələrin ölkə ərazisindən keçməsi isə kimisə narahat etməməlidir.
Le Monde
Maraqlana bilərsizr