Lənkəran küçələri boş qalıb - FOTOREPORTAJ
GÜNDƏMAzərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Lənkəranın küçə və prospektlərində nəqliyyatın hərəkəti qadağan edilib.
DAİM.AZ "Report"a istinadən məlumatına görə, bu gecədən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də qurulmuş postlarda xidmət aparır.
Polis əməkdaşları həmçinin avtopatrul və piyada marşrutları ilə də xidmət aparır.
Lənkəran şəhərində Nazirlər Kabinetinin qərarından irəli gələn tələblərin icrasına ciddi şəkildə nəzarət olunur, insanların, demək olar ki, hamısının qaydalara uyğun olaraq evlərində və ya olduqları yerdə qaldıqları, küçəyə çıxmadığı müşahidə olunur. Bütün ticarət, xidmət və digər iaşə obyektləri, dövlət və özəl müəssisələr bağlıdır.
Hazırda Lənkəran şəhərinin küçələri tamamilə boşdur. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçıları kənd ərazilərində, məhəllələrdə də karantin qaydalarının icrasına nəzarət həyata keçirir. Xəbərdarlığa baxmayaraq, karantin qaydalarını pozan insanlara da rast gəlinir və bununla bağlı da qanunamüvafiq tədbirlər görülür.
Maraqlana bilərsizr