Lukaşenko TŞ sədrini və DTK rəhbərini dəyişdi
DÜNYABelarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Təhlükəsizlik Şurasına (TŞ) yeni dövlət katibi və Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) yeni rəhbər təyin edib.
“BelTa” xəbər verir ki, indiyə qədər Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Valeri Vakulçik Belarus Təhlükəsizlik Şurasının dövlət katibi təyin edilib.
İndiyə qədər Dövlət Nəzarət Komitəsinə (DNK) rəhbərlik edən İvan Tertel Belarus DTK-nın sədri təyin olunub.
Belarus DNK-da sədr müavini olan Vasili Gerasimov isə bu qurumun sədri vəzifəsini icra edəcək.
Maraqlana bilərsizr