© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Lukaşenko xəbərdarlıq edir: “İrəlidə nüvə müharibəsidir”

Belarus prezidenti Aleksandr Lukaşenko nüvə müharibəsi barədə xəbərdarlıq edib və Ukraynadakı müharibənin mümkün qədər tez bitməsinin vacibliyini bildirib. Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsində israrlı olan Lukaşenko bəyan edib ki, hər şey Ukraynadan asılıdır.

Reyting.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin ən yaxın müttəfiqi olan Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya, Ukrayna və Qərb “nüvə müharibəsi uçurumundan” xilas olmaq üçün mümkün qədər tez razılığa gəlməlidir. O, rəsmi Kiyevin Moskva tərəfindən irəli sürülən tələbləri qəbul etməsində israr edib.

Minskdəki Müstəqillik Sarayında çıxış edən Lukaşenko deyib ki, Ukraynadakı bu qarışıqlığa, əməliyyata və müharibəyə son qoymalı və razılığa gəlməliyik: “Gəlin bir az dayanaq, sonra yaşamağa necə davam edəcəyimizi anlayacağıq”.

Belarus lideri Qərbi Rusiya ilə münaqişəyə girməkdə və Ukraynanı təhrik etməkdə ittiham edərək deyib: “Müharibəni siz qızışdırdınız və davam etdirirsiniz. Daha uzağa getməyə ehtiyac yoxdur. İrəlidə nüvə müharibəsidir. Ora çatmağa ehtiyac yoxdur”.

“NATO üzvlərinə və amerikalılara müharibə lazım idi. Əgər Qərb ölkələri Putinə istədiyi “təhlükəsizlik zəmanəti”ni versəydilər, o, müharibənin qarşısını ala bilərdi”,-Lukaşenko əlavə edib.

Belarusu otuz ilə yaxındır idarə edən 67 yaşlı lider təkid edib ki, Kiyev Moskva ilə yenidən danışıqlara başlasa və onların tələblərini qəbul etsə, bu halda müharibəni bitirə bilərlər: “Ukrayna hökuməti masaya oturmalı və Rusiyanı təhdid etməyəcəyinə təminat verməlidir”.

Lukaşenko həmçinin bildirib ki, Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin itirilməsi ilə barışmalıdır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR