Macarıstanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib
GÜNDƏM“Azərbaycan Prezidenti İlham Əliyevə regionun sabitləşməsinə verdiyi töhfələrə görə təşəkkürümü bildirirəm”.
“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxışı zamanı deyib.
O, həmçinin Azərbaycan liderinə Qarabağ regionunun bərpa olunması istiqamətində həyata keçirilən işlərə görə təşəkkürünü bildirib.
V.Orban vurğulayıb ki, qlobal iqtisadiyyat son illərdə 2 dəfə çöküb, Avropada enerji daşıyıcılarına qiymətlər dəfələrlə qalxıb:
“Geridə qalan çağırışlar bizim qarşımızda iki yol qoyur - ya iqtisafdiyyatlar izolyasiya olunmalıdır, ya əməkdaşlığı daha da genişləndirməliyik. Son zamanlar məhz izolasiya olunmuş iqtisadiyyatlar, blok qoyulmasi ilə bağlı meyllərin şahidi oluruq. Lakin Macarıstan əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.
Maraqlana bilərsizr