© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Marşrutlarda tibbi maska taxmayan sərnişinlər cərimələnəcəklər? – BNA sədrindən CAVAB- VİDEO

“Marşrutlarda sürücü ilə yanaşı sərnişinin də maska taxması zəruridir”.

DAİM.AZ AZTV-yə istinadən xəbər verir ki,Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, pandemiya dövründə sürücülər və avtobuslarda dezinfeksiyaya dair metodiki göstərişlər var: “Biz çox zaman sərnişinlərin maskadan istifadə etmədiklərini görürük. Metodiki göstərişdə kankret qeyd edilib ki, əhalinin sıx olduğu yerlərdə, ictimai nəqliyyatda, avtobus dayanacaqlarında tibbi maskadan istifadə edilməlidir. Maska taxmayan vətəndaşların cərimələnməsi ilə bağlı, yəqin ki, Operativ Qərrargah tərəfindən yaxın günlərdə qərar veriləcək. Onu da deyim ki, hər şeyi cərimə ilə etmək lazım deyil. Vətəndaşlar özləri könüllü şəkildə sosial məsafəni qorumalıdırlar, məsuliyyətlərini dərk etməlidirlər. Bu sıxlıqlar həddindən artıq ciddi təhlükə yaratmağa başlayacaqsa, məhdudlaşdırma olacaq”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR