Metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq
CƏMİYYƏT2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun 36,7 kilometrdən 76.2 kilometrə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.
Bu barədə Bakı şəhərinin Baş Planı üzrə “Nəqliyyat şəbəkəsi” bölməsində məlumat verilib.
Belə ki, “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.
2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.
Maraqlana bilərsizr