Millimizin futbolçusunun anası koronavirusdan vəfat edib
İDMAN21 yaşadək millimizin və “Qəbələ”nin futbolçusu Amin Seydiyevin anası vəfat edib.
DAİM.AZ klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçinin anası Şəhla Seydiyeva bu gün həyatını itirib.
Klubun Futbol Akademiyasının direktor müavini Nail Kərimovun saytımıza açıqlamasına görə, təxminən 10 gün olardı ki, Aminin anası Sabirabad Rayon Xəstəxanasında koronavirusdan müalicə olunurdu. Futbolçu anası ilə qalmırdı.
Qeyd edək ki, yeni mövsümdən “Sabah” klubunda çıxış edəcək futbolçunun özünün verdiyi test isə neqativ çıxıb.
Maraqlana bilərsizr