Monteneqrodan olan gənc V Yay Düşərgəsində uşaqlıq arzusuna çatıb
DİASPORDiaspor gənclərinin V Yay Düşərgəsinin Monteneqrodan olan iştirakçısı Hüseynzadə Şirin öz təəssüratlarını Diaspor TV ilə bölüşüb, Laçında keçirilən düşərgədə iştirakından məmnunluğunu bildirib.
Uşaqlıqdan işğal altında torpaqları görmək arzusunda olduğunu, 7 yaşında ikən Şuşanın rəsmini çəkdiyini və düşərgəyə gələrkən özü ilə gətirdiyini söyləyib. Gözəl hisslər yaşadığını dilə gətirən Şirin Hüseynzadə doğma Qarabağımızın, Şuşamızın geri qayıtması münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib.
Tədbirin təşkilinə görə təşəkkürünü bildirən soydaşımız xaricdə yaşayan hər bir azərbaycanlı gənci növbəti düşərgələrdə iştirak etmək şansından yararlanmağa çağırıb.
Maraqlana bilərsizr