Moskvada bir gündə 71 nəfər koronavirusdan öldü
DÜNYARusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 651 nəfərə çatıb.
DAİM.AZ xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.
Qeyd edilir ki, son sutka ərzində paytaxtda COVID-19-dan daha 71 nəfər dünyasını dəyişib.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Maraqlana bilərsizr