Məşhur hind aktyoru vəfat etdi
MƏDƏNİYYƏTBollivud aktyoru Rişi Kapur 68 yaşında Hindistanın Mumbay şəhərindəki klinikalardan birində vəfat edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. Aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.
Rişi Kapur aktyor və rejissor Rac Kapurun oğludur. Onu Bollivudda oynayan bu ailənin yaşlı nəslinin son ulduzu adlandırırdılar.
Ailədə Çintu adlandırılan Rişi Kapurun ilk ciddi rolu atasının “Mənim adım Kloundur” (Mera Naam Joker, 1970) filmində olub. Aktyor ilk böyük uğurunu atası Rac Kapurun rejissoru olduğu “Bobbi” (Bobby, 1973) filmindəki rolundan sonra əldə edib. Rişi həmin il Hindistanda ilin aktyoru seçilib. Çintu adətən Hindistan kinosu üçün vacib olan romantik sevgili rollarını ifa edib.
Tamaşaçılar onu həmçinin “Qisas alan” (Barood, 1976), “Amar, Əkbər, Antoni (Amar, Akbar, Antoni, 1977), “Sevgi əzabı” (Prem Rog, 1982), “Çandni” (Chandni, 1989), “Kor məhəbbət” (Fanaa, 2006) və s. filmlərindən tanıyır.
Maraqlana bilərsizr