Müavinət və təqaüdlərin artırılması ilə bağlı VACİB AÇIQLAMA
GÜNDƏM“Möhtərəm cənab Prezident, 2020-ci ildə bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib. Sizin müvafiq Sərəncamınızla 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artdı. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 25 faiz, sosial müavinətlər 15 faiz artdı və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşımızı əhatə etdi”.
Bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyub:
Maraqlana bilərsizr