© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Müdafiə Nazirliyinin bəzi bölmələri karantinə nəzarətə cəlb edildi

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb ediləcək.

Bununla bağlı  Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.  

Qeyd edilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR