© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Musiqili Teatrın "Arşın mal alan"ı evlərinizə gələcək - Video

Karantin günlərində öz fəaliyyətini məhdud çərçivələrdə – ev şəraitində davam etdirən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti qarşıya çıxan çətinliklərə baxmayaraq, yeni layihələr üzərində işləyir.

Məlumata görə, bu dəfə teatrın orkestr heyətinin müşayiəti ilə qızlardan ibarət xor və balet kollektivinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan” tamaşasından "Qızların xoru" geniş virtual auditoriya tərəfindən maraqla qarşılanıb.

Videorolikdə hər kəsin qərinələrdir ki, sevə-sevə baxdığı "Arşın mal alan" filminin fraqmentlərindən də istifadə olunub.

Layihənin bədii rəhbəri teatrın direktoru Əliqismət Lalayev, dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, quruluşçu baletmeysteri Yelena Ağayevadır. Diqqəti cəlb edən və yüksək peşəkarlıqdan xəbər verən montaj işi teatrın video-anons rejissoru Hikmət Şahverdizadəyə məxsusdur.

Musiqili Teatrın yaradıcılığını gözdən qaçırmayın, "Arşın mal alan" evlərinizə gələcək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR