© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

NATO Rusiyaya yenidən xəbərdarlıq edib

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya rəhbərliyini Ukrayna ilə sərhəddə gərginliyi və mürəkkəbliyi azaltmağa çağırıb.

Reyting.az
-ın “Welt” portalına istinadla verdiyi məlumata görə, Stoltenberq deyib ki, Rusiya bundan əvvəl də qonşularına qarşı güc tətbiq edib və bu səbəbdən hazırda ordu birləşmələrini Ukrayna ilə sərhəddə toplaması sadəcə güc nümayişi kimi görünmür: “Bu il artıq ikinci dəfədir ki Rusiya sərhəddə minlərlə əsgər və hərbi texnika cəmləyib”.

NATO-nun təcavüzkardan özünü qorumaqdan ötrü Ukraynaya həm siyasi, həm də praktiki yardım göstərməyə hazır olduğunu dilə gətirən Şimali Atlantika Alyansının rəhbəri nəzərə çatdırıb ki, təşkilat Kremllə dialoqa açıqdır.

Cənab Stoltenberq bir qədər əvvəl NATO-nun Rusiya silahlı qüvvələrinin, o cümlədən, tankların, artilleriyanın və pilotsuz uçan aparatların Ukrayna ilə sərhəddə yerləşdirməsini müşahidə etdiyini bildirmişdi. О, Rusiya rəhbərliyini xəbərdar edib ki, Ukraynaya qarşı istənilən formada güc tətbiqi ciddi nəticələrə səbəb olacaq. Rəsmi Moskva isə Qərb KİV-lərinin Rusiyanın öz ordu birləşmələrini sərhədə yeridilməsi barədə yaydığı məlumatları təkzib edir və bildirir ki, RF öz ərazisində hərbi birləşmələrinin yerini istədiyi kimi dəyişə bilər və bu, heç kimə qarşı təhdid deyildir, heç kim də bundan narahat olmamalıdır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR