Nazarov millimizdən imtina etdi
İDMANAlmaniyanın "Ertsgebirge" klubunda çıxış edən Dmitri Nazarov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı ilk oyunlarında iştirakdan imtina edib.
DAİM.AZ xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu "sueddeutsche" nəşrinə məlumat verib. O, koronavirus pandemiyası səbəbindən bu addımı atdığını vurğulayıb. Nazarov dəvət aldığını, lakin Bakıya gəlməyəcəyini söyləyib: "Koronavirusa yoluxmalar çoxdur və təhlükəsizlik birinci yerdədir. Azərbaycan risk zonasındadır, uçuşlar o qədər də asan deyil. Bu səbəbdən, millinin məşqçisi ilə danışdıqdan sonra evdə qalmağa qərar verdim".
Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: "Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.
Maraqlana bilərsizr