© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması tədbirlərindən danışdı -VİDEO

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət risklərinin idarə olunması üzrə VIII Nazirlər konfransında iştirak edib.

Qurumdan verilən məlumata görə, videokonfrans şəklində keçirilmiş beynəlxalq tədbirdə, həmçinin Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistanın fövqəladə halların idarə edilməsinə cavabdeh olan dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

“Fəlakət Risklərinin Azaldılması, BMT-nin Senday çərçivəsi proqramının həyata keçirilməsi” mövzusunda keçirilmiş tədbirin təşkilində əsas məqsəd 2015-2030-cu illəri əhatə edən Senday Fəaliyyət Çərçivəsi sənədinin və Dayanıqlı İnkişaf Məqsədlərinin əhatə etdiyi istiqamətlər üzrə görülmüş işlərin və qarşıda duran məsələlərin müzakirəsi, habelə fəlakət risklərinin azaldılması üzrə milli strategiyalar barəsində məlumat mübadiləsinin aparılması olub. 

Konfransda çıxış edən Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəruri tədbirlər həyata keçirilir. Nazir Azərbaycanda sözügedən istiqamətdə atılan addımlar barədə ətraflı danışaraq, bu sahədə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Senday çərçivəsi proqramının icra vəziyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Konfransda iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin aidiyyəti dövlət qurumlarının rəhbərləri ölkələrində fəlakət risklərinin azaldılması və Senday çərçivəsi proqramı üzrə görülən tədbirlər barədə məlumat veriblər. Həmçinin, konfrans çərçivəsində qazanılmış təcrübə və istifadə olunan mexanizmlər, qarşıda duran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR