© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Nazir Gəncə əhalisinə çağırış etdi

“Axtarışlara kənar qüvvələr cəlb olunmayıb”.

Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov düşmənin Gəncəni atəşə tutması ilə bağlı verdiyi açıqlamada deyib.

O bildirib ki, axtarışlarda FHN-nin əməkdaşları və mülki müdafiə qoşunlarının əməkdaşları iştirak edir:

“Xüsusi Riskli Xilasetmə Dəstələri və Gəncə regional mərkəzinin əməkdaşalarıdır. Buraya başqa qüvvələr cəlb olunmayıb. Gecə saatlarında yerli əhali və Nazirliyin yanğından mühafizə idarəsinin əməkdaşları də ərazidə idi. Biz maksimum sürətlə axtarışlar apardıq. Çünki hər saniyə dağıntılar altında qalan insanların sağ çıxarılması şansını artırır”.

Nazir gecə saatlarında axtarışlara mane olan məqamlara toxunub, o deyib ki, əhalinin əraziyə çox gəlməməsi yaxşıdır:

“Dağıntılar altında qalan insanların telefon səsləri, öz çağırışları axtarış zamanı əməkdaşlara kömək edir. Əhali bura toplaşanda səs olur və biz bunları eşitməyə bilirik. Bu baxımdan, xahiş edirik ki, əhali bunu nəzərə alsın və xilasedicilərin işinə mane olmasınlar”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR