“Omikron” ştamı narahatlıq doğurur, lakin təşvişə səbəb deyil”
DÜNYA“Omikron” ştamı narahatlıq doğurur, lakin təşvişə səbəb deyil. Bizdə dünyanın ən yaxşı peyvəndi var, alimlərimiz isə hər yeni mutasiyaya qarşı dərman yaratmaq qabiliyyətinə malikdir”.
Bunu ABŞ prezidenti Cozef Bayden Ağ evdə pandemiya ilə bağlı çıxışı zamanı deyib. O, mübarizə üçün yeni vaksinlərə ehtiyac olmadığını vurğulayıb:
"Yeni ştama cavab vermək üçün peyvəndlər və ya gücləndiricilər tələb olunmur, biz mövcud olan bütün vasitələrdən istifadə edərək mutasiyaların yayılmasının qarşısını alacağıq. Hazırkı peyvəndlər yeni ştama qarşı müəyyən qədər qorunmanı təmin edir".
Bayden, həmçinin qeyd edib ki, Vaşinqton administrasiyası zərurət yaranacağı təqdirdə “omikron” ştamının yayılmasına cavab vermək üçün vaksin istehsalçıları ilə birgə işləyəcək. ABŞ prezidenti həmçinin yeni ştamın aşkar edildiyi ölkələrdən ABŞ-a girişə əlavə məhdudiyyətlər tətbiq etmək barədə hələlik düşünmədiyini qeyd edib.
Maraqlana bilərsizr