© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Orban: Kiyev və Moskva danışıqlara hazırdır

Macarıstanın baş naziri Viktor Orban Avropa Şurasının prezidentinə və Avropa Birliyinə üzv ölkələrin başçılarına Ukrayna və Rusiyaya səfərləri ilə bağlı məktub yazıb.

Reyting.az
 xəbər verir ki, bu barədə anonimlik şərti ilə Avropa rəsmiləri bildiriblər.

Viktor Orban iyulun 5-də məktub göndərərək Kiyev və Moskvaya səfərinin tərəflərin mövqeyini tapmaq üçün olduğunu qeyd edib.

Orbanın sözlərinə görə, Moskva vaxtın öz tərəfində olduğuna inanır: “Putin rus ordusunun itkiləri haqqında danışmayıb, amma Ukraynanın aylıq təxminən 40-50 min hərbi personal itirdiyi iddia edir”.

Məktubda qeyd olunur ki, Rusiya prezidenti Ukrayna prezidentinin müvəqqəti atəşkəs rejimini rədd etməsinə təəccüblənib. Orbanın yazdığına görə, Rusiya prezidenti Ukrayna qüvvələrinin gizli köçürülməsi və yenidən qurulmasına xidmət etməyən atəşkəs rejimi üçün hər hansı bir təklifi nəzərdən keçirməyə hazırdır.

Macarıstanın baş naziri yazır ki, hər iki tərəf - Kiyev və Moskva iştirak etdiyi təqdirdə danışıqlara hazırdırlar.

Orban Avropanı təşəbbüs göstərmyə çağırıb, çünki Amerikada hər kəs prezident seçkilərinə hazırlaşır. “Əgər bu prosesi dayandıra bilməsək, o zaman cəbhə xəttində daha çox itkilərin və hərbi hadisələrin şahidi olacağıq”, - baş nazir qeyd edib.

Xatırladaq ki, iyulun 2-də Macarıstanın baş naziri Kiyevə gəlib. O, Vladimir Zelenski ilə görüşdən sonra ukraynalıların atəşkəs və danışıqların başlanğıcı haqqında düşünməli olduğunu bildirib. Orban iyulun 5-də Moskvada səfərdə olub və Putinlə danışıqlar aparıb. Onun fikrincə, hər iki tərəf danışıqların hərbi məqsədlər üçün istifadə edilə biləcəyini düşünür.

E. KAMAL

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR