© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Paşinyan: “Sülh müqaviləsinə düzəlişlər edilə və imzalana bilər”

“Biz bir ay ərzində Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bildirdik. Bu o deməkdir ki, bizim qiymətləndirməmizə görə, sülh müqaviləsinin hazırkı mətni kifayət qədər yetkindir və son nöqtələr əvvəllər təsdiq edilmiş ikitərəfli sazişlər əsasında düzəldilə, yekun formaya gətirilə və imzalana bilər”.

Reyting.az 
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən danışarkən deyib.

Paşinyan Azərbaycanın dövlət başçısından sitat da gətirib:

“Azərbaycan prezidenti bəyan etdi ki, rəsmi Bakı Praqa sazişlərinə və Almatı bəyannaməsinə sadiqdir. Biz bu prinsipləri Brüssel, Soçi və Praqadan gələn bəyanatlarda təsbit etmişik”.

N. Paşinyan sülh sazişi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, həmçinin sərhədlərin delimitasiyasını tamamilə mümkün sayır.

“Praktiki addımlarla real sülhü formalaşdırmaq mümkündür. Sonra da sülh sazişi imzalamaq olar. Amma sülh sazişi istənilən halda imzalanmalıdır”, - deyə baş nazir əlavə edib.

E. KAMAL

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR