© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Paşinyanın Soçi səfəri İrəvanda etirazlara səbəb olub

“Düşünmürəm ki, İrəvanda Baş nazir Nikol Paşinyanın hakimiyyəti üçün hansısa təhlükələr yaradılacaq. Əvvəla, Paşinyan Soçiyə uçduqdan sonra İrəvanda başlayan aksiyalarda iştirak edənlərin sayı bir o qədər də çox deyil. Eləcədə, polis və təhlükəsizlik qüvvələri Paşinyana son dərəcə bağlıdır”.

Bunu Reyting.az-a “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı deyib.

Məlumat üçün qeyd edək ki, Paşinyan Soçidə Azərbaycan və Rusiya prezidentləri ilə görüşmək məqsədilə İrəvandan ayrılıb və bundan sonra bir qrup revanşist erməni İrəvan küçələrini bağlamağa, anti-Paşinyan şüarları səsləndirməyə başlayıb.

Elçin Şıxlı isə qeyd edir ki, İrəvanda başlayan pərakəndə etirazlar əslində uzun illər Ermənistanda hakimiyyətdə olub bu ölkəni talayan keçmiş siyasətçilərin təşəbbüsü ilə keçirilir: “Daha konkret desək, aksiyalar “Qarabağ klanı”na yaxın şəxslərin tədbirləridir. Onlar düşünürlər ki, indi yaxşı fürsət düşüb və erməni xalqının hisslərindən istifadə edərək nələrəsə nail olmaq mümkündür. Amma aksiyada iştirak edənlərin sayı, onların keçmişi və fikirləri erməni xalqına bəllidir. Düşünmürəm ki, onlar hansısa nəticələrə nail ola bilərlər”.

Analitik əlavə edib ki, erməni xalqının Azərbaycanla düşmənçilikdən bezdiyi açıq hiss edilir: “İndi onlar övladlarının nəyəsə görə həlak olmasını istəmir. Həm də 44 günlük müharibədən sonra Paşinyan seçkidə qalib gəlibsə, bu o deməkdir ki, əhali Paşinyanın getdiyi yola etiraz etmir. Bu qədər sadə. Yəni keçmiş hakimiyyətin İrəvan erməniləri arasında hörmət və nüfuzu yoxdur”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR