© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Payız-qış fəslində immuniteti gücləndirmək üçün nə etməli? Mütəxəssisdən TÖVSİYƏLƏR

Payız-qış fəslində immuniteti gücləndirən qidalardan istifadə etmək vacibdir. Məlumdur ki, qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır.

Mütəxəssislər bildirirlər ki, havalar soyuyana qədər immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaların qəbulu məqsədəuyğundur. İmmuniteti gücləndirməyin ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmadır. Həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər.

Payız-qış mövsümündə immuniteti gücləndirən qidalarla bağlı “Sherg.az”a danışan həkim-dietoloq Şəfa Yadigarova bildirib ki, qida rasionuna sarı-narıncı tərəvəzləri əlavə etmək vacibdir. Dietoloq qeyd edib ki, portağal, şaftalı, ərik, sarı gavalı, balqabaq, yerkökü və qovun kimi qidalarının qəbulu payız-qış mövsümündə xüsusilə önəmlidir:

“Bu tərəvəz və meyvələr yuxarı tənəffüs yollarının selikli qişasını viruslardan qorumağa kömək edən beta-karotenlə zəngindir. Onun sayəsində bakteriya və viruslar orqanizmə daha az daxil olacaq.

Sarı-narıncı qidalardan əlavə süd məhsullarında da immun sistemini gücləndirən vitaminlər mövcuddur.

C vitamini eyni dərəcədə vacibdir. Ancaq C vitamini ehtiyatını təmin etmək çətin olsa da çox faydalıdır. Bu vitamın immunitetinə təsir göstərir, bədəni zərərdən qoruyur, oksidant sayılır”.

Həkim vurğulayıb ki, bəzən immuniteti gücləndirmək məqsədilə dərman preparatları da qəbul edilir:

“Lakin bu zaman ardıcıllığa fikir vermək lazımdır. Orqanizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalar daxil etmək daha düzgündür”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR