© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Peşə təhsili müsəssiələrində oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım ediləcək - QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” dəyişiklik edilib.


DAİM.AZ-ın məlumatına görə, dəyişikliyə əsasən, peşə təhsili müsəssiələrində oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar yardım veriləcək. Beləki həmin şəxslər təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək.

Digər bir dəyişikliklə, həmin təhsil müəssisələrini bitirmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.
 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR