Politoloq: "Prezident İlham Əliyev dünyanın nüfuzlu liderlərindəndir"
GÜNDƏM"Azərbaycan Prezidenti İlham Əliyev ən nüfuzlu liderlərdən biridir".
“Report” xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Azərbaycan – Rusiya münasibətləri, müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn "dəyirmi masa"da bildirib.
O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın Ermənistan tərəfindən qulağardına vurulduqdan sonra Azərbaycan Prezidentinin məqsədyönlü səyləri sayəsində işğal edilən torpaqlar geri qaytarıldı, Azərbaycan ordusunun gücünü hər kəs gördü: “Azərbaycan ordusu döyüş aparmağın mükəmməl nümunələrini göstərib”.
Rusiyalı politoloq sıldırım qayalardan dırmaşmaqla həyata keçirilmiş Şuşa əməliyyatını nümunə çəkib.
Hazırda ötən ilin 10 noyabr birgə bəyanatının şərtlərini tam yerinə yetirilməsini, o cümlədən təhlükəsizliyin təminatının ən ümdə vəzifə olduğunu vurğulayan ekspert Azərbaycan və Rusiya prezidentlərinin dost münasibətlərini, hər iki ölkənin inkişafına töhfə verdiklərini söyləyib.
O, həmçinin Azərbaycanda rus əhalisinə və rus dilinə münasibətin müsbət olduğunu deyib: “Azərbaycanda etnik ruslar heç bir ayrı-seçkiliyə məruz qalmır, müxtəlif vəzifələrdə çalışırlar”.
Maraqlana bilərsizr