© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Portuqaliya Prezidenti hökumət başçısının istefasını qəbul edib

Portuqaliya Prezidenti Marselu Rebelu ölkənin Baş naziri Antoniu Koştanın istefasını qəbul edib.

Bu barədə “Report” “CNN Portugal” telekanalına istinadən xəbər verir.

“İstefam prezident tərəfindən qəbul edildi”, - A.Koşta deyib.

Yerli KİV Baş nazirin korrupsiya araşdırması fonunda evində axtarış aparılması, silahdaşlarının həbs edilməsindən sonra istefa vermək qərarına gəldiyini yazıb.

İstintaq çərçivəsində müstəntiqlərin diqqətini Portuqaliyanın şimalında litium kəşfiyyatı və Sineşdə yaşıl hidrogen meqalayihəsi cəlb edilib. Müstəntiqlər A.Koşta administrasiyasının rəhbəri Vitor Eskariyanı, baş nazirin məsləhətçisi Laserda Maçadonu və Sineş şəhərinin meri Nunu Maskarenyaşı dindiriblər.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR