© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Portuqaliyada qatar qəzası olub

Portuqaliyada dəmiryolu qəzasında azı 2 nəfər dünyasını dəyişib, 40-a yaxın şəxs xəsarət alıb.

DAİM.AZ bildirir ki, bu barədə “RTR” teleradio kompaniyası xəbər verib.

Qəza Koimbra şəhərinin yaxınlığında baş verib. Ölkənin iki iri şəhərini birləşdirən “Alfa Pendular” sürət qatarı yol təmiri maşını ilə toqquşub.

Nəticədə 7 nəfər ağır, daha 30 nəfər yüngül xəsarətlər alıb. Ümumilikdə qatarda 280 sərnişin olub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR