© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

DAİM.AZ "Report"-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Qazaxıstan Prezidentini ad günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

 

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası əleyhinə mübarizə ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıblar.

 

Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

 

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR