Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər
GÜNDƏMAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
"Report" xəbər verir ki, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verdi.
Bildirildi ki, Şuşa şəhərində üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq. Hazırda binanın layihələndirmə işləri başa çatdırılıb. Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır.
Prezident İlham Əliyev Şuşada üçüncü yaşayış kompleksinin təməlini qoydu.
14:38
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Maraqlana bilərsizr